Türkiyədə Egey dənizinin Datça sahillərində (Muğla vilayəti) 4,4 bal gücündə zəlzələ olub.
Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 08:36-da, yerin 14.57 km dərinliyində meydana gəlib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.