Türkiyədə yeni dönəmdə idarəetmə necə olacaq?

Millət İttifaqı liderləri parlament üsul-idarəsinə keçidin yol xəritəsini elan etdilər. 

- Bildirilir ki, parlament sisteminə keçidlə bağlı Konstitusiya dəyişiklikləri yeni parlament tablosunun imkan verdiyi ən qısa müddətdə tamamlanacaq;

- Keçid dövründə 5 siyasi partiyanın liderləri vitse-prezident vəzifəsini tutacaq;

- Ankara və İstanbul bələdiyyə başqanları yeni prezidentin uyğun görəcəyi zamanda və müvafiq səlahiyyətlərlə vitse-prezident təyin olunacaq;

- Vitse-prezdentlər formal olmayacaq, xüsusi prezident qərarnaməsi ilə onların konkret cavabdehlik sahələri müəyyənləşdiriləcək;

- Prezident yanında yaradılmış bütün şuralar və ofislər ləğv ediləcək;

- Hökumət formalaşdırılarkən hər partiyaya 1 nazirlik veriləcək, digər nazirliklər bu partiyaların parlament seçkisində alacağı səslərə uyğun bölüşdürüləcək. (Bu, o deməkdir ki, nazirlər əsasən CHP və İyi Partidən olacaq);

- Nazirlərin təyinatı və çıxarılması onların təmsil etdiyi partiyanın lideri ilə məsləhətləşmə şəraitində həyata keçiriləcək;

- Prezident önəmli qərarları (fövqəladə vəziyyətin elanı, milli təhlükəsizlik məsələləri, yüksək vəzifəli dövlət məmurlarının təyinatı və s.) vitse-prezidentlərlə məsləhətləşmə şəraitində qəbul edəcək; 

- Parlament sisteminə keçdikdən sonra erkən seçki olmayacaq, prezident və TBMM səlahiyyət müddətini tamamlayacaq...

Təbii ki, bütün bunlar həm prezident, həm də parlament seçkilərində qələbə əldə olunacağı təqdirdə mümkündür. 

Mən prezident seçkilərində Kamal Kılıçdaroğlunun elə ilk turda qələbə ehtimalını yüksək görürəm. 

Parlament seçkilərində Millət İttifaqı partiyaları vilayətlərin təxminən yarısında ortaq siyahı ilə iştirak etməyi planlaşdırır.

Şahin Cəfərli, politoloq 

Share on Facebook