Ağdamda müəllim bıçaqlandı

Ağdamda orta məktəb müəllimi bıçaqlanıb.

Hadisə ötən gün rayonun Zəngişalı kəndində baş verib. 

Kənd sakini Nərimanov Əsəd Gülmalı oğlu həmyerlisi Səfərov Vasif  tərəfindən avtomobildə mübahisə zəmnində bıçaqla vurulub.

Ə.Nərimanov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Müayinə zamanı məlum olub ki, Ə.Nərimanov qarın boşluğundan, omba hissəsindən, başından və əllərindən xəsarət alıb.  İlkin tibbi yardım göstərilən yaralı  paytaxta yerləşən xəstəxanalardan birinə göndərilib. 

Qeyd edək ki, Əsəd Nərimanov Mahrızlı Rahib Məmmədov adına kənd tam orta məktəbində bədən tərbiyəsi üzrə müəllim işləyir. Hadisənin baş vermə səbəbi məlum deyil. 

Hadisəni törətməkdə şübhəli bilinən V.Səfərov bıçaqladığı Əsəd Nərimanovun qardaşının qayını olduğu və hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma davam etdirilir.(Qafqazinfo)

Share on Facebook