Ağsu rayonunda yerləşən “Az-Granata” MMC -də işlədikləri əlavə iş saatları üçün ödəniş tələb edən işçilər işdən qovulurlar.
Sozcu.az xəbər verir ki,bu barədə Ağsu rayon sakini Furuz Xudiyev məlumat verib. Firuz Xudiyev bildirib ki, onun "Az-Granata” MMC -də çalışan iki övladı qanunsuz şəkildə işdən çıxarılıblar.
Firuz Xuduyev bildirib ki, Az-Granata” MMC -də işçilərlə müqavilənin müddəti 1 aylıq bağlanır və onlara aid olmayan işləri görməyə məcbur edilirlər:
"Az-Granata” MMC -də təzyiqlərlə üzləşən Cavidan və Kənan Xuduyevlər mənim övladlarımdır. Hər iki övladım Az-Granata” MMC -də şirə və şərab emalı zavodunda işləyirdilər. Kiçik övladım Kənan mühafizə xidmətində çalışırdı. İşlədiyi müddətdə əlavə iş saatlarına görə ödəniş tələb etdiyi üçün işdən çıxarılıb. Az-Granata” MMC - də işçilərlə müqavilə 1 aylıq bağlanır. Müqavilə bağlanan işçilərlə qanun çərçivəsində rəftar etmirlər və iş saatından əlavə işlər gördürürlər.".
İş saatından əlavə gördürülən işlər üçün ödəniş tələb edən işçilərə qarş özbaşınalıqların günü-gündən artdığını qeyd edən Firuz Xuduyev bildirib ki, bu qanunsuzluqların başında “AzGranata”nın baş icraçı direktoru Ceyhun Bəxtiyarlı və şirkətin alkoqollu içkilər üzrə istehsalat müdiri Yusif Ləzgiyev dayanır:
Bütün qanunsuzluqları həyata keçirən hazırda zavoda rəhbərlik edən iki həmyerlilər - Ceyhun Bəxtiyarlı və və Yusif Ləzgiyev çütlüyüdür. İnanıram ki, "Az-Granata” MMC -də baş verən özbaşınalıqlara münasibət bildiriləcək.
Qanuni haqqını tələb etdiyi üçün işdən çıxarılan Kənan Xuduyev, şirkətdə çalışan işçilərin istismar edildiyini bildirərək qeyd edir ki, Yusif Ləzgiyev onlarla intiriqa aparıb:
"Yusif Ləzgiyev qardaşım Kənana: "Sənin də axırın qardaşın kimi olacaq"- deyərək, dəfələrlə təhdid edib. Şirkətdə çalışan işçilər elə bir vəziyyətə salınıblar ki, "rəhbrəliyin kefi istədiyi zaman " işlərini itirmək qorxusundan səslərini çıxara bilmirlər".
Kənan Xuduyev də, şirkətdə baş verənlərə son qoyulmasını tələb edir.
Xatırladaq ki, “Az - Granata MMC meyvə şirələri, konsentrantları, kompotları, limonadları ilə yanaşı şərab və araq məhsulları istehsal edir. Şirkətin SOCAR-ın sabiq vitse-prezidenti Mikayı İsmayılova məxsus olduğu deyilən "Modern Group of Companies" MMC-nin tərkibində olduğu bildirilsə də, məlumata görə Az-Granata”, “Veyseloğlu MMC”yə satılıb.
P.S. Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq.
Elşən Əlisoy