Şəmkirdə şəhid anası Xanımzər Əhmədovanın seçkilərdə namizədliyi qeydə alınmayıb. Şəhid Elbrus Hüseynovun anası, Çaparlı kənd sakini Xanımzər Əhmədova 103 saylı Şəmkir Kənd Seçki Dairəsindən namizədliyini irəli sürmüşdü. Şəhid anası 500 imzanı və digər müvafiq sənədləri toplayıb 103 saylı DSK-ya təqdim etsədə nigahda olduğu həyat yoldaşı ilə birgə mülkiyyəti bəhanə edərək onun namizədliyini qeydə almayıblar. Özü tərəfindən namizədliyi irəli sürülmüş şəhid anası Xanımzər Əhmədova bildirib ki, mən DSK-da bununla bağlı məlumat versəmdə mənə bildirmişdilər ki, heç bir problem yoxdur. Bunu mənə qarşı qanun pozuntusu hesab edib namizədliyimi qeydə almadılar.
Sözcü.az