Bayram hazırlığı zamanı partlayış: ana yaralandı, oğlu öldü

Ərdəbildə şəxsi mənzillərdən birində bayram şənliklərində istifadə etmək üçün partlayıcı maddələrin hazırlanması zamanı güclü partlayış olub.

Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, alışdırıcı maddələrin partlaması nəticəsində 45 yaşlı ana və onun 15 yaşlı oğlu ağır yaralanıb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yeniyetmənin ötən gün axşam həyatını itirdiyi bildirilib.

Share on Facebook