Türkiyənin Aydın vilayətinin Kuyucak rayonunun ərazisində sərnişin avtobusu xəndəyə düşüb.
Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 32 nəfər isə yaralanıb.
Hadisə yerinə polislər, xilasedicilər və təcili tibbi yardım xidmətinin personalı cəlb olunub. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.