DSX-nin hərbçisi vəfat etdi

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Bu barədə Sozcu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Allah rəhmət eləsin!

Share on Facebook