Keçmiş müsavatçı niyə intihar edib? – Partiyadan açıqlama

“Təəssüf ki, Müsavat Partiyasının Neftçala rayon təşkilatının keçmiş sədri Sabir Abuzərovun ölüm xəbəri doğrudur”.

Bu sözləri Globalinfo.az-a Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı keçmiş müsavatçı Sabir Abuzərovun intihar etməsi xəbəri haqda danışarkən deyib.

O, hadisənin necə baş verdiyindən məlumatsız olduğunu bildirib:

“Sabir Abuzərov müəllim idi. Partiyamızın Neftçala hərəkatının fəallarından olub. Səhhətində müəyyən problemlər var imiş. İlkin məlumata görə, həlak olmasının səbəbi yaşadığı mənzilin eyvanından özünü atması və ya yıxılmasıdır. Bu, hələ dəqiqləşdirilir. İntihar olub-olmaması dəqiq deyil”.

Qeyd olunur ki, bir müddət əvvəl Sabir Abuzərovun oğlu avtomobil qəzasına düşüb. Bu hadisəni eşitdikdən sonra onun dərin psixoloji sarsıntı keçirdiyi bildirilir. İntihara da bunun səbəb olduğu güman edilir.

Share on Facebook