Müsavat Gənclər Təşkilatının Şura iclası keçirilib.
Sozcu.az xəbər verir ki, noyabrın 2-də Müsavat Gənclər Təşkilatının növbəti Şura iclası keçirilib.
İclasda Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı da iştirak edib. O, gənclərlə səmimi müzakirə apararaq öz siyasi və təşkilati təcrübəsinə əsaslanan tövsiyələrini bölüşüb.
Toplantıda təşkilati məsələlər müzakirə olunub, son bir həftə ərzində görülən işlər və gənclərin fəallığı qiymətləndirilib. Həmçinin partiya ilə bağlı bir sıra təkliflər səsləndirilib və bu istiqamətdə gələcək fəaliyyət planları müəyyənləşdirilib.
İclas zamanı ölkədə və dünyada baş verən siyasi proseslər geniş şəkildə təhlil olunub, gənclərin bu proseslərə baxış bucağı müzakirə edilib.
Sonda cari məsələlərə dair fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.
