Ağstafada məktəblilər arasında dava düşüb.
Sozcu.az "Unikal"a istinadən məlumat verir ki, hadisə mayın 22-si günorta saatlarında rayonun Köçüəsgər kənd 2 saylı tam orta məktəbində baş verib.
Məktəbin 8-ci və 9-cu sinif şagirləri arasında dərs vaxtı mübahisə olub və şagirdlərdən birinin qolu sınıb.
Qolu sınan məktəbli xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib.