Sertifikasiyadan kəsilən tibb işçilərinin aqibəti necə olacaq? - Komitə sədri açıqladı

“Sertifikasiya imtahanlarında yaxşı nəticə əldə etməyən işçinin işini davam etdirib-etdirməyəcəyi sual doğururdu”.

Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, bu isə tibb işçilərinin haqlı narazılığına səbəb olurdu: “Bu gün müzakirə etdiyimiz dəyişikliklərdən sonra qanunlara, o cümlədən Əmək Məcəlləsinə yeni anlayış gətirilir. Bu, davamlı peşəkar inkişaf anlayışıdır. Sertifikasiya imtahanlarında uğur qazanmayan işçilərin 6 ay iş yeri və əməkhaqqı saxlanılacaq və 6 ay sonra həmin işçilər yenidən imtahan verəcəklər. Bu dəyişikliklərin qəbul olunmasının həm tibb işçilərinin əmək hüquqlarının qorunmasında, həm də onların iş keyfiyyətinin yaxşılaşmasında, peşəkarlığının yüksəlməsində böyük əhəmiyyəti olacaq".

Share on Facebook