2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən dövlət bağçalarında 48 mindən artıq xəstələnmə halı qeydə alınıb.
Sozcu.az modern.az-a istinadla bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Xəstələnmə hallarının 10 minə yaxını 3 yaşından aşağı uşaqlarda olub.
Məktəbəqədər təhsil müəssisələrində uşaqlar ən çox qripin və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxurlar. Bağçalarda ötən il 27 mindən çox belə xəstəlik aşkarlanıb.
Uşaqlar arasında angina (kəskin tonzillit, 15653 yoluxma), pnevmaniya (234), skarlatina (429), bakterial dizenteriya (211), bədbəxt hadisə, zəhərlənmə və zədələr (62) və digər xəstəliklər (4406) aşkarlanıb.