Son günlər baş verən hadisələr bir məsələni aşkara çıxartdı ki, hakimiyyətin radikal adlandırdığı müxalifət partiyaları əslində deyilən qədər də radikal deyil. Bu günkü müxalifət ölkənin taleyni düşünən, dövlətin maraqlarından kənara çıxmayan, siyasi mübarizəsini kin - küdurət üzərində yox, düşüncə və dövlət maraqları üzərində quran siyasi qüvvələrdir.
Görünən odur ki, bu günkü müxalifət təşkilatlarından kənarda təşkilatlanmamış daha radikal qüvvələr mövcuddur. Mənə elə gəlir ki, hakimiyyət də nə qədər əzməyə çalışsa da, bu qüvvələrin meydanı tutmaması üçün demokratik müxalifətin tam olaraq sıradan çıxarılmasında yox, güclənməməsində maraqlıdır.
Bütün bunlara rəğmən yenə deyirəm; demokratik müxalifət hakimiyyətdən narazı bazanı loyallaşdırmalı da deyil. İllərdir ki, ölkənin narazı kəsiminin böyük bir hissəsi hakimiyyətə qarşı neytirallaşır. Mübarizə isə bitməyib. Azərbaycanın ən ciddi problemi demokratiya problemidir. Yaranan şəraitin verdiyi imkanlarla əldə etdiyimiz qələbəyə ölkənin ən vacib məsləsi olan hüquqi dövlət məsələsini qurban vermək olmaz. Demokratiya, insan hüquqları , hüquqi dövlət Azərbaycan vətəndaşlarının ən böyük haqqı və uğrunda mübarizə aparmalı olduğu ən vacib dəyərlərdir!
Elşən Əlisoy