İvanişvili artıq Gürcüstanın keçmişidir

Bidzina İvanişvili tarixin təkərini geri döndürməyə çalışır, amma altında qalacaq

Rusiyanın ən yaxın müttəfiqlərinin belə ondan uzaqlaşmağa meylləndiyi, Gürcüstanın milli ideyasına çevrilmiş, eyni zamanda konstitusion bir tələb olan avrointeqrasiyanın heç vaxt olmadığı qədər üfüqdə göründüyü bir mərhələdə Moskvaya yanaşaraq bu prosesi baltalamağa çalışmaq absurdizmin zirvəsidir.  

Üç aqressiv gənci (Qaribaşvili-Kobaxidze-Kaladze) səhnəyə çıxarıb, pərdə arxasından onları yönləndirən qoca oliqarxın hansı güc mərkəzinə güvəndiyi sirr deyil – rus qoşunları Tiflisdən cəmi 100 km aralıda dayanıb. Lakin bu, çox riskli oyundur.

Hökumətin antikonstitusion müstəviyə keçməsi xalq inqilabına legitim zəmin yaradır. Müxalifət cəbhəsində dağınıqlığın hökm sürməsinə baxmayaraq, xalqın mütləq əksəriyyəti, xüsusən gənclik avroatlantik inteqrasiya milli ideyasına bağlıdır və ölkədə Kreml himayəsində sərt avtokratik rejim qurulmasına razı olmayacaqlar. 

Yeni Georgiyevsk traktatı mümkün deyil. Ölkədə rusca bir kəlmə də bilməyən gənclik yetişib. 

İvanişvili artıq Gürcüstanın keçmişidir. Saakaşvili də o cümlədən...

Şahin Cəfərli, politoloq 

Share on Facebook