Həbs edilən İmamoğludan ilk mesaj: “Hər cür uduzacaqsınız!”

Korrupsiya istintaqı çərçivəsində həbs edilən İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu qərardan sonra diqqətçəkən mesaj paylaşıb.

Sozcu.az xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edib.

“Qorxunun əcələ faydası yoxdur. Hər cür uduzacaqsınız. Haqlılığımıza, mərdliyimizə, təvazökarlığımıza, gülər üzümüzə məğlub olacaqsınız! Əziz millətim, heç vaxt kədərlənməyin, ümidinizi itirməyin. Əl-ələ verib demokratiyamıza vurulan bu zərbənin, qara ləkənin kökünü kəsəcəyik. Prosesi idarə edən insanların həm dünyada, həm də axirətdə hesab verəcəyi gün yaxındır”.

O, həmçinin vətəndaşlara səslənib:

“Sizi seçki qutusuna getməyə, demokratiya və ədalət uğrunda mübarizəmizi bütün dünyaya elan etməyə dəvət edirəm. Heç vaxt əyilməyəcəm, hər şey gözəl olacaq”.

Share on Facebook