Britaniya Ukrayna ilə yeni iqtisadi saziş imzalayıb. Bu müqaviləyə əsasən, Kiyev hava hücumundan müdafiə sistemləri üçün raketlər də daxil olmaqla, hərbi tədarük üçün 2 milyard dollar alacaq.
Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Key Starmer bildirib.
Ayrılan məbləğ 5000-dən çox hava hücumundan müdafiə raketinin alınması üçün kifayət edəcək, deyə Baş nazir Starmer ətraflı şəkildə bildirib.
Müqavilə Böyük Britaniyanın da xeyrinə olacaq. Xüsusilə İngiltərənin müdafiə sənayesi sektorunda bu raketlərin istehsalı üçün yeni iş yerləri açılacaq.