Moskvada yerləşən “Krokus Siti Holl”da terror aktı baş verib. Nəticədə ilkin ehtimala görə, 130 nəfər həlak olub, yüzlərlə yaralı var. Kompleksdə partlayışdan sonra yanğın hələ də davam edir.
Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli terror aktında Rusiyanın xüsisi xidmət orqanlarının fəaliyyətinin ciddi sualalr doğurduğunu bildirib:
"Moskvada Araz Ağalarova məxsus "Krokus Siti"də konsert zamanı terror törədilib. Necə olubsa, seçkidə bir seçki qutusuna "zelyonka" tökən vətəndaşın qarşısını alan Rusiya xüsusi xidmət orqanları, onlarla insanın öldürülməsi, yüzdən çox insanın yaralanması ilə nəticələnən o boyda hücumun qarşısını ala bilməyib.
İstər-istəməz Moskvada 20 il əvvəl törədilən Nord-ost teror aktı yada düşür. O vaxt bir çox suallar açıq qalmışdı. Həmin terror aktının cəmiyyəti çeçenlərə qarşı səfərbər etmək üçün FSB-nin sifarişi ilə törədildiyi barədə iddialar vardı. Uzun fasilədən sonra, Kremlin cəmiyyəti Ukraynaya qarşı səfərbər etməyə çalışdığı vaxt eyni ssenarinin təkrarlanması ciddi suallar doğurur".