Müsavat Partiyasının rəhbərliyi Polşanın müstəqillik Günü bağlı keçirilən dövlət tədbirində iştirak ediblər.
Sozcu.az xəbər verir ki, bu haqda məlumatı Müsavat Partiyasının başqanı Arif hacılı özünün Feysbuk səhifəsində paylaşıb:
Bu gün Polşanın Dövlət Müstəqilliyi günüdür.
Prezident Anjey Dudanın dəvəti ilə bu münasibətlə Varşavada keçirilən rəsmi dövlət tədbirində iştirak etdik.
MSDM sədri İsa Qəmbər və Şərqi Avropa, postsovet ölkələri Azadlıq Hərəkatı liderləri ilə birlikdə Varşavanın mərkəzi meydanında şərəf tribunasında yer aldıq.
Polşa prezidenti və bu ölkənin digər dövlət xadimlərinin iştirakı ilə maraqlı bayram tədbiri və hərbi paraddan xoş təəssüratla ayrıldıq.
Avropada səfərimiz yaxın günlərdə davam edəcək.