Çınqılardan köz düzəldib,
Közdə yandırdım özümü.
Yalanlardan söz düzəldib,
Sözdə yandırdım özümü.
Ümidimi yenə tikdim,
Səbr sapım, dərdə naxış.
Gözlərimdə donub qalan
Arzularım — yüz min baxış.
Yuxularda qanadlanıb,
Ayın belin ölçüb, susdum.
Səhər erkəndən oyanıb,
Xəyalları bir-bir qusdum.
Qəbrin daşına dönməmiş,
Ümidlərim döndü daşa.
Yaşamaq eşqim sönməmiş,
Tale dedi: “Çatdın başa”.
Zakir doğma ölkəsində,
Boynu bükük, yetim qaldı.
Sözləriylə, səssizliyi
Bu yurda bir yetim saldı.
Dərd əlimdən su içsə də,
Əlim suya möhtac qaldı.
İçim kədər, qəm, qüssədə,
Bir ömürü göz suladı.
Yanan közdə bir ovuc kül,
Və bu külün içində mən.
Arzularım açmadı gül,
Və bu gülün içində mən...
Zakir İsmayil