İranın Bakıdakı “Mədəniyyət Mərkəzi”nin fəaliyyəti dayandırılıb.
Bununla bağlı İran mediası məlumat yayıb. “İRNA” Xəbər Agentliyi İran Mədəniyyət Mərkəzin bağlanmasını iki ölkə arasında yaranan fikir ayrılıqları ilə əlaqələndirib.
Azərbaycan hökumətinin hərəkətini “məntiqsiz” və “emosional” adlandıran İran tərəfi, İranın Bakıda çoxlu mülkləri olduğunu bildirib.
“İRNA” Xəbər Agentliyi həmçinin yazıb: “İran hökumətinə məxsus mülklərlə bağlı atılan son addımlar Azərbaycan tərəfinin birtərəfli və tələsik bəhanələridir. Bu da təbii ki, dialoq vasitəsilə həll oluna bilər”.