Bəzi işbazlar üçün insan həyatı yox, qazanc önəmlidir

Bu gün Bakıda daha bir şadlıq evində onlarla insan zəhərlənib. Bu artıq birinci dəfə deyil. Neçə illərdir təkrar olunur. İnsanlar ən xoş günlərini qeyd etməyə gedir, geri isə xəstəxanaya düşür.

Çünki bəzi işbazlar üçün insan həyatı yox, qazanc önəmlidir. Saxta ərzaqla masa düzəldirlər, ucuz məhsulla ciblərini doldururlar. Vicdan isə yox dərəcəsindədir.

Bəs dövlət haradadır? Niyə nəzarət yoxdur? Niyə standartlara əməl edilmədiyi halda həmin obyektlər bağlanmır? Niyə illərlə eyni problem davam edir?

Ərzaq saxta, dərman saxta, su saxta, yağ saxta… Hər sahədə saxtakarlıq hökm sürür. Üstəlik iş adamlarına “haqq” da yükləyirlər. O da saxtalaşdırır, camaat da zəhərlənir, heç kim cavabdeh deyil.

Bu ölkədə isan həyatı niyə bu qədər ucuz oldu?

Razim Əmiraslanlı, Müsavat Partiyasının başqan müavini

Share on Facebook