Mingəçevirdə müvəqqəti məskunlaşmış Kəlbəcər rayonunun Zar kəndindən olan ailənin yaşadığı faciələrə daha biri əlavə olunub.
Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, bir neçə ay əvvəl ailənin azyaşlı övladı avtomobil qəzasında həlak olmuş, bu ağır itkini qəbul edə bilməyən ata nənəsi “qəbrə nəvəmdən öncə çatıb onu qarşılamalıyam” deyərək intihar etmişdi.
Həmin faciədən sonra sarsıntı keçirən azyaşlının anası, 1989-cu il təvəllüdlü Səadət Rəşid qızı Rzayeva bu gün intihara cəhd edib. Məlumata görə, qadın dərman preparatları qəbul edərək həyatına son qoymağa çalışıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadın dərhal reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.