Şəhid Seymur Həbibovun şəhadətindən 3 il keçir

Seymur Həbibov 13 fevral 1986-cı ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olmuşdur. 1992-ci ildə Kür qəsəbə orta məktəbində birinci sinifə başlamışdır. 2003-cü ildə həmin məktəbi bitirib və həqiqi hərbi xidmətə çağrılmışdır. Həqiqi hərbi xidməti başa vurduqdan sonra müxtəlif sənət sahələrində çalışmışdır. 

2020-ci ilin avqust ayında müddətdən artıq həqiqi hərbi xidmət üçün müraciət etmiş və xidmətinə başlamışdır.

27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlanan zaman 1 oktyabr tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. “Vətən uğrunda” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, “İgidliyə görə” medalı ilə təltif olunub.      

Seymur Həbibov Şəmkir şəhər qəbirstanlığında dəfn edilib. Bu gün Şəmkirdə şəhidin yaxınları, digər şəhid ailələri şəhidi anım günü ilə bağlı məzarı başında anıblar.

 Ruhu şad olsun !

Sözcü.az

b655718fba5c0a5feb99ff5f878b7d8d.jpgf306be314a6b41fe8bf260c02d90a67b.jpg5ac0a95cf3fe5be2c0dfd77a88fd124d.jpgd721ce0c22e05bb18c2c4b9da824b907.jpg6863b2980b0d76fdae7f22deff60e960.jpg

Share on Facebook