Qaracəmirli parkı niyə qurudulur ? - Ceyhun Nəbi

Şəmkirin Qaracəmirli kəndində ağacları sırayla düzülmüş, çinar və şam ağaclarından ibarət bir park var. Parkda biraz restavrasiya işləri aparılsa kənd sakinlərinin istirahəti üçün ən önəmli yerə çevrilə bilər. Amma bu parkda ağaclar baxımsızlıqdanmı, diqqətsizlikdənmi, məsuliyyətsizlikdənmi sıradan çıxdığı, quruduğu və ya bilərəkdən qurudulduğu müşahidə olunur(park Bələdiyyə və İcra nümayəndəliyinin bir addımlığında yerləşir). Parkın üst hissəsində artezian mövcud olsada ağaclar çox təəssüf ki, sulanmır, onlara qulluq göstərilmir. Xüsusilə şam ağaclarının bir neçəsi quruyub və qurumaqdadır. Bildiyimiz kimi ucaboy çinarların, şam ağaclarının boyatması böyük zaman alır. Ona görə uzun zamana ucalmış bu ağaclara qulluq göstərilməlidir ki, qurumasın.

Ceyhun Nəbi

27577dd0190a74e4749c34291130143b.pngae69bb1fd1312a86302017b47f107f52.pnga7e5d8dd15968d7e1384b77de232b931.png

Share on Facebook