NATO Norveçin şimalında Avropanın üçüncü Birgə Hava Əməliyyatları Mərkəzini yaradır.
Sozcu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Məlumata görə, analoji mərkəzlər artıq Almaniya və İspaniyada fəaliyyət göstərir:
“NATO ölkələri fevral ayında Norveçdə də belə bir mərkəzin yaradılması haqqında razılığa gəlib və Osloya onun dəqiq yerini seçmək hüququ verib. Norveç hakimiyyətinin qərarına əsasən, mərkəz Bodo şəhərində yerləşəcək”.