Ukrayna müharibənin 1141-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 927 580 hərbçi, 10 576 ədəd tank, 22 021 ədəd zirehli döyüş maşını, 25 912 ədəd artilleriya sistemi, 1 359 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 127 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 43 345 ədəd avtomobil texnikası, 31 973 ədəd PUA, 3 145 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 792 xüsusi avadanlıq itirib.