Şəmkir Yol Polisi sakinlərdən nə istəyir ?

Şəmkir Yol Polisinin əməkdaşları Çinarlı, Yeni Həyat, Seyfəli sakinlərinin yediyini burnundan gətirib. Qeyd olunan qəsəbə və kəndlərin ərazisində vətəndaşları addım başı yolda saxlamağın adı nədir ? 

Hər gün elə təəssürat yaranır ki, Şəmkir DYP-nin bütün xidməti avtomobilləri Çinarlı, Seyfəli və Yeni Həyata səfərbər edilib. 

Sağdan girəni saxla, soldan girəni saxla, düzünə gedəni saxla, evindən çıxanı saxla, xəstəxanaya gedəni saxla, su aparanı saxla.  

Sizin vəzifə səlahiyyətləriniz insanları addım başı narahat etmək üçün qanunverici əsasa bağlıdırmı ?

Qeyd olunan qəsəbə və kəndlərin ərazisində hərəkət edən avtomobillər sizin üçün hər gün şübhəli mahiyyətə malikdirmi ? 

Bu sakinlər gündəlik kütləvi şəkildə qeyri-qanuni olaraq avtomobilmi idarə edirlər ?

Sözcü.az-ın redaktoru - Ceyhun Nəbi

Share on Facebook