“Barselona”nın vingeri Lamin Yamal mükafata layiq görülüb.
Sozcu.az xəbər verir ki, ispaniyalı futbolçuya “ilin kəşfi” nominasiyasında “Laurens” mükafatı təqdim edilib. Mükafatlandırma mərasimi Madriddə keçirilib.
Qeyd edək ki, 17 yaşlı futbolçu bu mövsüm “Barselona"da 29 oyuna çıxıb, 6 qol vurub və 12 məhsuldar ötürmə edib. Yamal “Barselona” akademiyasının yetirməsidir. Onun klubla müqaviləsi 2026-cı ilin iyununa qədərdir.