Konqresmen elan etdi: Trampa qarşı impiçment...

Demokrat konqresmen El Qrin ABŞ Prezidenti Donald Trampın impiçmentini təklif etmək niyyətində olduğunu açıqlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə “Hill” nəşri məlumat yayıb.

“Bizə bu dəfə onu günahkar elan edəcək Senat lazımdır. O, Qoliafdır. Orduda generallara, Ədliyyə Nazirliyinə, Respublikaçılar Partiyasına nəzarət edir, amma dostlarım, hər Qoliafı bir Davudu var. Cənab Prezident, bilmənizi istəyirəm ki, Davud yaxın 30 gün ərzində sizə impiçment elan edəcək. Yaxın 30 gün ərzində impiçment tətbiq edəcəyəm”, - Qrin bildirib.

Share on Facebook