Müsavat başqanı Avropada keçirdikləri görüşlər barədə məlumat verdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Şərqi Avropa və postsovet məkanı ölkələrinin milli azadlıq hərəkatı liderlərinin iştirakı ilə keçirilən tədbirlərdə iştirakla bağlı özünün Feysbuk səhifəsində yazaraq məlumat verib.

Sozcu.az Müsavat başqanının məlumatını təqdim edir: 

Polşanın Varşava şəhərində başlayaraq Brüsseldə davam edən Avropa səfərimiz başa çatdı. 

Əvvəl də məlumat verdiyimiz kimi Şərqi Avropa və postsovet məkanı ölkələrinin milli azadlıq hərəkatı liderlərinin iştirakı ilə keçirilən tədbirlərdə İsa bəy Qəmbərlə birlikdə Azərbaycanı təmsil etdik. 

Yerli və beynəlxalq qurumların təsis etdiyi bəzi medal və mükafatlarla təltif olunduq. 

İstər Varşavada, istərsə də Brüsseldə, Avropa Parlamentində  keçirilən toplantılarda iştirak etdik. 

Müzakirə edilən məsələlər barədə çıxışlarımız və konkret təkliflərimiz oldu. 

Azərbaycan adına irəli sürdüyümüz təkliflər iştirakçıların əksəriyyətinin səsverməsi ilə qəbul edilən yekun sənədə daxıl edildi. 

Ermənistan nümayəndələrinin son dövrlərdə istənilən beynəlxalq tədbirlərdə irəli sürdükləri etnik təmizləmə iddiasını burada da yeritmək cəhdlərinin qarşısı alındı.  

Brüssel memarandumuna Azərbaycan Ermənistan münaqişəsinə aid olan məsələ bizim təklif etdiyimiz kimi təxmini tərcüməsi bu şəkildə daxil edildi: 

“Biz Azərbaycan və Ermənistan rəhbərliyinin sülh razılaşmasının imzslanması istiqamətində atdığı addımları alqışlayırıq. 

Bunun ardınca erməni əhalisinin Azərbaycana, Azərbaycan əhalisinin Etmənistana qaytarılması üçün uzunmüddətli şərait yaradıla bilər. 

Cənubi Qafqaz problemlərinin həlli üçün Ermənistan Azərbaycan və Gürcüstan arasında üçtərəfli formatda müzakirəsi ideyadı səmərəli ola bilər. 

Biz əminik ki, Cənibi Qafqazda sülhə nail olmaq Rusiyanın bu ərazilərdə təsir imkanlarının sıxışdırılması şərti ilə mümkündür.”

(İngiliscə tam mətnin şəklini və rus dilində variantını şərh bölümündə təqdim edirəm)

Səfər zamanı qurur duyduğumuz məsələrdən biri də istər Varşavada, İstərsə də Brüsseldə, Abropa Parlamentində Azərbaycan Xalq Hərəkatı liderləri Əbülfəz Elçibəyin və Tofiq Qasımovun portretlərinin bütün postsosialist məkanına aid əfsanəvi hərakat liderlərinin portretləri ilə yanaşı nümayiş etdirilməsi oldu.

2450db07efd98f3c9e2dbc310993208b.jpgc729400be28a6a860dd11b2890127bcf.jpg58aa17fb996ea0fb9d4c6af88928e3ab.jpg

b879e9a1ccb878cd3268519db379a856.jpg

fc6961e02f67fd9bc1284d71460b5b3e.jpg116f99ff9d9da54c8f3f915da295c4a9.jpg

Share on Facebook