Ermənistan XİN: İrəvan Bakı ilə sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Bakının sülh sazişi mətninin son iki bəndinin razılaşdırılması ilə bağlı bəyanatlarını təsdiqləyib.

Sozcu.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

"Ermənistanın xarici siyasət idarəsi diplomatik kanallar vasitəsilə Bakıya bildirib ki, Ermənistan sülh müqaviləsi layihəsinin iki razılaşdırılmamış maddəsi üzrə Azərbaycanın təkliflərini qəbul edir. İrəvan Azərbaycanla sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır", - XİN məlumat yayıb.

Share on Facebook