Ermənistan parlamenti Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyünü təsdiqləyib. İrəvanın BCM-də iştirakı Moskvanın çoxdan etiraz etdiyi məsələdir.
Ermənistan parlamenti BCM-yə üzvlük təklifini 22 əleyhinə 60 səslə qəbul edib.
Rusiya Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmasını “son dərəcə düşməncəsinə” hərəkət kimi qiymətləndirir.
Vladimir Putin həbs qərarı ilə bu yaxınlarda Cənubi Afrikada keçirilən BRİKS sammitində iştirak etməyib.
Ermənistanın BCM-ə üzv olması o deməkdir ki, Putin də bu ölkəyə gedə bilməz.
Sözcü.az