"Qadın bədənini biznes predmetinə çevirmək, hər-hansı maraqlar üçün istifadə etmək birbaşa gender bərabərliyinin pozulmasıdır, hər şey bir yana, qanunvericiliyə ziddir. Siyasətin bir parçası etmək isə ikiqat yanlışdır.
Ölkəyə COP29 üçün gələnlərin şərəfinə "baxın biz də muasirik", mesajı vermək adına qadın bədənini çılpaq formada nümayiş etdirmək həm də iyrənclikdir. Ki, feminizmin soyunmaq deyil. Biz bu cəmiyyəti də bilirik, qadın bədəninə, geyiminə, quşamina münasibəti də".
Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyası Məclisinin Gender Komissiyasına sədri Könül Alı özünün feysbuk hesabında Bakıda nümayiş etdirilən lüt qadın heykəli haqqında yazıb:
"Kontentə gələndə....
-Soyunmaq nə dəbdir, nə müasirlik, nə də azadlıq göstəricisi. İnsan öz bədəninin yeganə sahibidir və soyunaraq yox, geyinərək onu qoruyur. Kimsə də açıq -saçıq geyinirsə bu onun şəxsi seçimidir, bütün qadınların yox.
-Nəysəki bunu da üzünüzə gözünüzə bulaşdırdınız".
Xatırladaq ki,
Noyabrın 1-dən Bakıda tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) sərgisi təqdim olunur. Bakıda nümayiş edilən "lüt qadın" heykəli “Təbiətdə tarazlıq” (Equilibrium in Nature) ekspozisiyasının məqsədinin ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəltmək olduğu bildirilir.
Heykəllər arasında “Təbiətin gücü” (Force of Nature) adlı əsər xüsusilə diqqət çəkir. Yer kürəsini tutub saxlamağa çalışan qadın heykəlinin çılpaq təsvir olunması cəmiyyətdə müzakirələrə səbəb olub. “Təbiətin” gücü adlı əsəri 2 versiyada yaradıb. Heykəlin “paltarlı” olan versiyası heykəli “The Force of Nature II” adlanır. Əsərin hər iki versiyası dünyanın müxtəlif ölkələrində nümayiş olunub.
Maraqlıdır ki, ölkəmizə heykəlin "paltarlı" olan versiyasına yox, məhz "çılpaq" versiyasının gətirilməsi kimin ağlının məhsuludur və bununla nə mesaj verməyə çalışırlar? Real olan budur ki, cəmiyyət bu heykəli xoş qarşılamır.