Desək ki, məsul olan şəxslər görməyiblər özümüzü aldatmış olarıq. Şəhidlərin anım günlərində, bir sıra rəsmi tədbirlərdə rayon rəhbərliyi səviyyəsində şəhər şəhidlər xiyabanı ziyarət olunur. Bununla bağlı bir neçə gün ərzində hazırlıq tədbirləri görülür, təmizlik, abadlıq işləri aparılır. Gözləri pərdələnmiş adamların xüsusi diqqət yetirəcəyi məqamlardan biri bu olmalıdır. Xüsusi olaraq xiyabanın girişi, yolun kənarı, gündəlik minlərlə nəqliyyat vasitələrinin keçdiyi( onların içərisində yüzlərlə dövlətin məsul şəxsləri də var ) bir yerdə bu utancverici görüntü insanı vicdani olaraq narahat etməməlidirmi ?
Axı şəhidlərin anım günlərində onların məzarı başında söylədiyiniz "dəbdəbəli" nitqlərdə onları baş tacı adlandırırsınız, ehtiram göstərirsiniz(görünür ki, sünidir), hətta söz demək haqqı olan canlı qəhrəmanları "iri" gövdələrinizin kölgəsində, gurultulu səsinizin altında elə sıxışdırırsınız ki, adam utandığından səssizcə çıxıb getmək məcburiyyətində qalır.
Sizi varsa, vicdanınızla baş-başa buraxıram!
Ceyhun Nəbi