Başkənd uğrunda savaş(1992-ci il avqust) - Dilqəm Əliyev yazır(4-cü hissə)

... Düşmənin bir topunun azalması məndə rahatlıq hissi yaradırdı. Amma qarşıda çox çətin döyüş bizi gözləyirdi. Belə ki, düşmən hakim yüksəkliklərdə mövqelənib,möhkəmlənmişdi. Mən sizə düşmən hücum edən ana qədər Mutudərəni qoruyası rotanın ixtiyarında olan texnika və silahları təqdim edirəm:

 -- Ər Dağında ( 1967 m) 100 mm-lik KS-19 markalı top.

 -- Ər Dağının ətəyindəki qəbiristanlığın üstündə 37 mm-lik avtomatik Zenit gəmi topu.

 -- 2(iki)ədəd D-44 markalı top.

 -- 2(iki)ədəd BTR-70.

 -- 1(bir)ədəd DDM-1 (BMD-1).

 -- 1(bir)ədəd əldəqayırma NURS qurğusu.

 -- 1(bir)ədəd AT-59 markalı texnikanın üstündə 30 mm-lik zenit qurğusu.

 Bundan əlavə Gədəbəy batalyonunun komandiri polkovnik leytenant Malbaxov Krasnoselsk--Başkənd yolunun Mutudərədən keçən hissəsində qarışıq mina sahəsi qurdurmuşdu ki,bu da faktiki olaraq oranın düşmən tərəfindən alınmasını mümkünsüz edirdi. Lakin rus hərbçilərinin işə qarışması hər şeyi ermənilərin xeyrinə dəyişdi. Üstəlik də Boz Qurd dəstəsinin komandiri Etibar Əmiraslanovun Kom.Bat Malbaxovu və rota komandiri Bayram Hacıyevi özbaşına həbs edərək naməlum istiqamətə aparması düşmənə son dərəcə güclü kömək oldu...Ermənilər Mutudərəni aldıqdan sonra yuxarıda adı çəkilən texnika və silahların hamısını ələ keçirtdilər və üstəlik ora 1(bir) ədəd T-72 (tank), 1(bir)ədəd PDM-2, 1(bir)ədəd ZQ-23-2, 2(iki)ədəd DM-1 cəlb etdi. Sonra döyüşün gedişatında daha 2 (iki) ədəd PDM-1 onlara köməyə gəldi. Canlı qüvvə isə qarşı tərəfdə saysız hesabsız idi. Belə ki,həm Ermənistanın Krasnoselsk rayonundan köməyə gələnlər, həm də Başkənddən çıxanlar Mutudərədə bizə qarşı döyüşənlərə köməyə gəlirdilər. Çünki biz Mutudərəni alsaydıq Ermənilər tam mühasirəyə düşərdilər. Odur ki,onlar bu strateji mövqeni nə olursa olsun əldə saxlamaq istəyirdilər. İndi qəti hücum ərəfəsi düşmən qüvvələrini sizə təqdim etdim. Mənim isə tabeıiyimdə 2 (iki) ədəd PDM-1 və 1 (ədəd) K-16 tipli QRAD qurğusu var idi. Etibar Əmiraslanovun gətirdiyi 30 mm-lik ZQ-23-2 ümumiyyətlə döyüşdə iştirak etmədi.Canlı qüvvə isə mənimlə gedən 5(beş)nəfər + 15--16 nəfər Hacıyev Bayramın rotasının əsgərləri və 15--20 nəfərlik Boz Qurdun dəstəsi. Yəni haradasa 40 (qırx) nəfərə qədər. Nəzərə alsaq ki,Etibarın dəstəsi heç bir əmrə tabe olmur,öz bildikləri kimi hərəkət edirdilər ( bildikləri də heç nə idi), özünüz təsəvvür edin. 07.08.1992-ci il səhər saat 08--09 radələrində biz artıq öz mövqelərimizdə idik. İsgəndərə tez QRADı döyüşə hazırlamağı tapşırdım. PDM-lər isə tam hazır idilər. Etibara da: Qrad hazır olan kimi, nə qədər ki,ermənilər bizi gözləmir hamımız eyni vaxtı çıxıb düşmən zastavasına qəfil atəş açmalıyıq. Qəfil atəş onları təşvişə salacaq. Hazır ol və gözlə dedim. Lakin o, heç nə demədən əlindəki PKT pulemyotunu götürüb bir təpəyə çıxdı və işıqsaçan güllələrlə düşmə zastavasının təxminə 30 ( otuz) metr hündürlüyündən butöv bir lenti atdı. Ermənilər gözümüzün qabağında zastavadan çıxaraq ətrafa səpələndilər. Bununla da onlara vurmaq istədiyim qəfil zərbə baş tutmadı. Ümumiyyətlə o, bu hərəkəti ilə növbəti təxribatı etdi. Daha gözləmək olmazdı. Sürücü mexanikə PDM-i təpənin üstünə çıxartmağı əmr etdim. Biz təpəyə çıxan kimi düşmən topu,tankı və DDM-1-i eyni zamanda bizə atəş açdılar. Top və tankın mərmiləri üstümüzdən keçərək dağın ətəyinə dəydi. DDMin mərmisi isə bizim PDM-in altında partladı. Mən hər üç texnikanın lülələrindən çıxan alovu gördüm. Bu sıradan mənzərə deyil. Tank atəş açan kimi arxaya çəkildi. Deməli mənim bir neçə dəqiqə vaxtım olacaqdı. Odur ki,ilk atəşi daha sərrast olan DDMə atdım. Atdığım mərmi DDM-in açıq lyukundan içəri düşdü və güclü partlayış oldu. Tank hələ görünmədiyindən mən top istiqamətinə şahmatvari qaydada bir neçə mərmi atdım və növbəti partlayış... Topun arxa tərəfi göyə qalxdı. Deməli topun mərmiləri partladı,top isə yararsız hala düşdü. Daha bir neçə mərmi atdım və növbəti top da döyüşə yararsız oldu. Artıq tankı nisbətən sərbəst qaşılamaq olardı. Üzbə-üz döyüşdə PDM-in tanka qarşı şansı çoz azdır. Lakin tankın zəif yerlərini bilmək hər hərbçinin borcudur. Mən zabitəm. Bu çox şey deməkdir. Tank zastavanın yanından görünən kimi mən atəş açdım və mərmi tankın korpusu və qülləsinin bitişdiyi yerdən dəydi. Tank sıradan çıxdı və mən bir də həmin tankı Mutudərədə görmədim. Sürücü mexanik PDM-i arxaya sürüb dayandı. Çox həyəcanlanmışdı. Elə mən də tamamilə tər içində idim.Piyadalar da bundan ruhlanıb dayanmadan atəş açırdılar. Mən onlardan yalnız bir şeyi xahiş etmişdim -- Çalışın məni gizlindən qumbaraatanla vurmasınlar. Qalan hər şeyin öhdəsindən gələcəyəm. Heç nədən qorxmayın... Onlar da hələlik verdiyim tapşırığın öhdəsindən layiqincə gəlirdilər. Tədricən axşam olurdu. 07.08.1992-ci il saat 18.00 radələri -- Etibar Əmiraslanov öz dəstəsini götürüb Tovuza qayıtdı. Hara gedirsən sualıma--Sabah gələcəyik. İndi istirahətə gedirik dedi. ən sabah daha gəlməyə bilərsiniz.Bizim sizə ehtiyacımız yoxdur.Dedim... Bayaqdan heç olmasa onun adamlarında bir-iki nəfər güllə atırdı. İndi onlar da getdilər və mən 15--20 nəfərlik adamla saysız hesabsız düşmən qarşısında qaldım. Etibar isə növbəti təxribatını törətdi. Hərbidən anlayışı olmayan adamların hərbidə olması yolverilməzdir. Bunu özünəqəsd adlandırmaq olıar... Bu müddət ərzində İsgəndər və Həsənov Sahib QRAD qurğusu ilə,Paşa isə PDM-dən durmadan atırdılar. Onların atdığı atəşlər mənə sərbəstlik verirdi. Ukraynada gördüyüm təlimlər indi işimə çox yarayırdı...

 ARDI VAR...

Dilqəm Əliyev 

Share on Facebook