Ukrayna müharibənin 1096-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 867 180 hərbçi, 10 168 ədəd tank, 21 151 ədəd zirehli döyüş maşını, 23 582 ədəd artilleriya sistemi, 1 296 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1081 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 38 334 ədəd avtomobil texnikası, 26 428 ədəd PUA, 3064 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 757 xüsusi avadanlıq itirib.