Çinarlı(Georqsfeld) qəsəbəsinin salınmasının 135 illiyi

9b7ca03c9cf6033867ab443f07705e96.jpgBu il Şəmkir rayon Çinarlı qəsəbəsinin( ilk adı Georqsfeld ) almanlar tərəfindən salınmasının 135-ci ili tamam olur. 1888-ci ildə Almaniyanın Vurtemberq əyalətindən gəlmiş almanların ərsəyə gətirdiyi bu koloniya öz infrastrukturuna görə mövcud Şəmkir rayonu ərazisində alman koloniyaları içərisində Annanfelddən sonra ikinci əsas yaşayış yeri idi. Həmin zamandan qalan və qəsəbə ərazisində almanlara məxsus tarixi mədəniyyət abidələrinin qorunması, bərpası, təbliği və tanıtımı istiqamətində fəaliyyətin qurulması mütləqdir. Qorunmağa, bərpaya və tanıtıma ehtiyac duyulan bu tarixi mədəniyyət abidələri 135 illik ərəfəsində yaşadığımız məkanın tarixi keçmişinə verilmiş böyük dəyər olar. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti qəsəbənin qorunmasına diqqət ayırması bizim hər birimizi məmnun etmiş olar.

Georqsfeld Mədəniyyət Klubu 

Share on Facebook