PKK terror təşkilatının silahı yerə qoyması qaçılmazdır.
Bunu Modern.az-a açıqlamasında Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Yankı Bağcıoğlu deyib.
O söyləyib ki, poroses şəffaf aparılmalıdır. Sədr müavini qeyd edib ki, PKK terror təşkilatı Türkiyə Silahlı qüvvələri və təhlükəsizlik əməkdaşlarının uğurlu fəaliyyətləri ilə zərərsizləşdirilib və hərəkət edə bilməyəcəyi vəziyyətə salıb.
"Silahın yerə qoyulması qaçılmazdır. Ancaq atəşkəs iki qanuni dövlət arasında baş tutur. Terror təşkilatı atəşkəs etməz, silahı yerə qoyar. Bu prosesin qəti olaraq şəffaf şəkildə Türkiyə Böyük Millət Məclisinin nəzarəti altında aparılmasını istəyir, tələb edirik. İctimai konsensus olmalıdır. Xüsusilə də, şəhid ailələri və qazilərimizin üzünə baaxa bilməyəcəyiizi heç bir prosesin içərisində olmayacağımızı elan edirik. Necə bir proses aparılacaqsa, şəhid və qazilərin həmin prosesin içərisində olmağını istəyirik", - Bağcıoğlu bildirib.
Y.Bağcıoğlu vurğulayıb ki, Suriyada mövcud olan YPG/PYD-nin Türkiyəyə təhdid yaratmayacağı şəkildə zərərsizləşdirilməsi milli təhlükəsizlik baxımınndan vacibdir:
"YPG/PYD-yə yönəlik tədbirlərin alınmadıgı bir proses əvvəldən kadük halına gələcək.
102 ildir ki, cümhuriyyətin, dövlətin birliyi, ölkəsinin bütövlüyünün sığortası Cümhuriyyət Xalq Partiyasıdır. Konstitusiyanının dəyişilməsi təklif belə edilə bilməyən 4 maddədən əlavə digər kojnstitusiya maddələrinin dəyişməsinin əleyhinəyik".