Trampın məktubunda İrana təhdidlər var - Arakçı

ABŞ Prezidenti Donald Trampın göndərdiyi məktubda digər məsələlərlə yanaşı, Tehrana qarşı təhdidlər də var.

Sozcu.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı deyib.

“ABŞ prezidentinin məktubu qəbul edilib və diqqətlə öyrənilib. Bu məktubun başqa aspektləri də var idi, o cümlədən təhdidlər. Bu qəbuledilməzdir. Biz heç kimin İran xalqı ilə təhdid dili ilə danışmasına icazə verməyəcəyik. Və təbii ki, diplomatik addımlar üçün pəncərənin açılması üçün səylər göstərilib”, - Arakçı bildirib.

Qeyd edək ki, İran ABŞ Prezidenti Donald Trampın məktubuna cavabı Oman vasitəsilə çatdırıb.

Share on Facebook