Arif Hacılı İlham Əliyevin çıxışına cavab verdi

İlham Əliyevin bugünkü çıxışında səslənən bəzi fikirlərin aydınlaşdırması, tarixi faktlarla düzəliş edilməsi bu hadisələrdən xəbərsiz olanları məlumatlandırmaq baxımından çox vacibdir. 

Azərbaycanın ən çox əraziləri (6 rayon) H. Əliyevin hakimiyyəti dövründə işğal edilib. 

Ən çox sayda hərbi qulluqçumuz da həmin dövrdə şəhid olub. 

Elçibəy hakimiyyəti dövründə Ermənistana yanacaq satılmayıb. 

Əgər satılıbsa bu indi müxalifət liderləri sırasında olan şəxsər tərəfində edilməyib. Bu mümkünsüz idi, çünki bizim yanacaq sektoruna müdaxilə imkanımız olmayıb. 

Yanacaq sektoru ilə əlaqəsi olanlar H. Əliyevin hakimiyyətə gəlməsində ən mühüm rol oynayan və ya sonralar birbaşa ya da dolayısı ilə indiki hakimiyyətin yanında olan şəxslər idi. 

İlham Əliyevin o dövrdə Ermənistana yanacaq satılması barədə faktı varsa hökmən açıqlasın. 

Bu cinayətin kim(lər)in tərəfindən törədilməsi, bu yolla əldə edilmiş vəsaitlərin hansı məqsədlərlə xərclənməsi barədə cəmiyyətin məlumatlandırılmasında ən maraqlı olan tərəf bizik.

Arif Hacılı, Müsavat Partiyasının başqanı 

Share on Facebook