Ağdam ictimaiyyətinə ağır itki üz verib

Ağdam ictimaiyyətinə ağır itki üz vermişdir. Uzun illər Ağdamda müxtəlif rəhbər vəzifələrdə çalışmış Nadir Əsədulla oğlu İsmayılov  bu gün, 2 aprel 2023-cü ildə, 87 yaşında vəfat etmişdir.

Nadir İsmayılov 15 aprel 1936-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. 1957-ci ildə Ağdam şəhər 1 nömrəli orta məktəbi bitirmişdir. Bakı sovet ticarət texnikumunda oxumuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Əmtəşünaslıq fakültəsində ali təhsil almışdır.

Nadir İsmayılov Ağdam rayonu ictimai iaşə birliyinin müdiri, Ağdam çörək pekarnisinin müdiri, Ağdam ət kombinatının direktoru, Ağdam rayon icra hakimiyyətinin başçısı vəzifələrində işləmişdir. 

Dəyərli ziyalı, uzun illər Ağdamda müxtəlif rəhbər vəzifələrdə çalışmış Nadir Əsədulla oğlu İsmayılovun  əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

ALLAH rəhmət etsin!

Share on Facebook