Şəmkir sakini ölkə rəhbərliyindən kömək istəyir

Şəmkir rayon Çinarlı qəsəbə sakini Asif Nəbiyevə məxsus ev dağılma təhlükəsi ilə üz-üzədir. Qəsəbə ərazisindən keçən su kanalının daşması, yağış sularının ev və həyətə dolması nəticəsində həyətin böyük bir hissəsində torpaq axıntısı yaranıb. Şəmkir Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşlarının fəaliyyəti nəticəsində evin üst tərəfindən yerləşən su kanalında bərkidilmə işləri həyata keçirilib. Evdə və həyətdə axıntı nəticəsində yaranmış çatlar təhlükənin hələdə mövcud olduğu göstərir. Ailə 6 nəfərdən ibarətdir. Ata və iki övladı əqli qüsurludur. Ailə yaranmış təhlükəli durum ilə bağlı ölkə rəhbərliyindən kömək istəyir. Ailənin sosial vəziyyətidə çox acınacaqlı durumdadır.

Sözcü.az

f70cfa5d63ed15786d49fa91137f6b22.png

facf725daf454c6fdfee1d155e05f4e9.png

Share on Facebook