Son dövrlərdə itkilərə səbəb olan təxribatlar Azərbaycan-Ermənistan sərhədində baş verirdi.
İndi Ermənistan ərazisində avropalı müşahidəçilər olduğu üçün Rusiya daha buna cəsarət etmir.
İtkilərə səbəb olan təxribatların "sülhməramlı qüvvələr"in nəzarəti altında olan Azərbaycan ərazisinə keçməsinin əsas səbəbi budur.
Nə qədər ki, rus hərbi qüvvələri Azərbaycan ərazisindədir Qarabağ münaqişəsi həll olunmayacaq.
Qanlı toqquşmalar davam edəcək.
İndi əsas ümummili hədəfimiz Rusiya silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması olmalıdır.
Şəhidlərimizə allahdan rəhmət, yaralılara tezliklə şəfa diləyirəm.
Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının Feysbuk səhifəsindən götürülüb.