İZ" müsahibə layihəsi: Nəsib bəy Yusifbəylinin nəvəsi Şahika Kürdəmir ilə

"İZ" müsahibə layihəsinin qonağı Azərbaycan Cümhuriyyətinin qurucularından biri, iki dönəm hökümət kabinəsinə rəhbərlik etmiş Nəsib bəy Yusifbəylinin nəvəsi Şahika xanım Kürdəmirdir. 

86bedea5f8ff5c79d1f806d7e35ba7f5.png

Şahika xanım, sizinlə "İZ" müsahibə layihəsində görüşməkdən şərəf duyuruq. İsmayıl bəy Qaspıralının, Nəsib bəy Yusifbəyli və türk-müsəlman qadın hərəkatının öncüsü Şəfiqə Xanım Qaspıralının varisi olaraq sizdən məlumat almaq bizim üçün böyük şərəfdir. İnanırıq ki, sizinlə söhbətdən milli tariximizin böyük bir hissəsini təşkil edən babalarınız və nənələriniz haqqında çox vacib məlumatlar əldə edəcəyik.

c279dda3295fc13bee1c8237198859d7.png

— Əvvəlcə özünüzü təqdim etməyinizi istərdik? Harada doğulmusunuz, təhsiliniz?

Bütün "İZ" oxucularına salam və sevgilərimi göndərərək başlamaq istəyirəm. Mən Ankarada tərkibi 4 nəfərdən ibarət olan ailədə doğulmuşam. Atam Niyazi 1964, anam Nəzakət 1978, qardaşım Nəsib 2015-ci ildə rəhmətə gediblər. Təhsilimə Türk Təhsil Dərnəyi Ankara Kollecində başlayaraq məzun olmuşam. Ankara Hüquq fakultəsini bitirib, vəkillik peşəsinə başlamışam.

281c3bf940641a61cf5bd520a6807fcd.png

— Şahika adı Şəfiqə xanımla bağlı bir addırmı? Sizə nənənizin adını veriblər?

Tam adım Şahika Elmas Kürdəmirdir. Bu adı mənə rəhmətlik anam və atam birlikdə veriblər. 

—Soyadınız “Kürdəmirdir”, bu ad haradan gəlir?

Soyadımız olan "Kürdəmir" babam Nəsib bəy Yusifbəylidən nənəm Şəfiqə xanım Qaspıralının son xəbər aldığı yerdən, Azərbaycanın Kürdəmir bölgəsindən götürülüb. 

5daa3a37477559437fad2ff4e01c1261.jpeg

—Türk dünyasına böyük xidmətlər göstərmiş ailə böyüklərinizin millətimiz üçün xidmətləri nələrdi?

Hər zaman varlığı ilə qürur duyduğum atalarımın Türk dünyasına xidmətləri düşünürəm ki, hamımıza məlumdur. Babam Nəsib bəy Yusifbəyli nə qədər qısa ömürlü olsada, o günün şərtlərində, özünə inanan dostları ilə qurduğu cümhuriyyətlə türk dünyasında gerçək anlamda bir sıçrayış etmişdir. Ölkənin müstəqilliyini hədəfləmiş vətənpərvər, siyasət adamı və gerçək bir aydın olaraq bir çox ölkəyə örnək ola biləcək işlər həyata keçirmişdi. Hər kəsin bərabər hüquqlara sahib olmasını özüdə bir vəkil olaraq müdafiə etmiş, məhkəmələrin müstəqil olmasını, türk dilinin genişlənməsini hədəfləmişdi. Digər bir deyişlə Azərbaycanın müstəqilliyini hədəfləmiş bir vətənsevərdir. Dövri olaraq Təhsil, Maliyyə, Daxili İşlər və Baş nazir vəzifələrini həyata keçirmiş bir siyasət adamıdır.

Digər böyük babam İsmayıl bəy Qaspıralı isə nənəm Şəfiqə xanım Qaspıralının atası olub, pedaqoq, yazar, naşir, məfkurə sahibi kırımlı düşüncə adamı idi. 

8f215c75a68300b9dd246bc00b745fd5.png

Gerçək bir türk böyüklərindən olan Qaspıralı türkçülük və yeniləşmə hərəkatına öncüllük etmiş böyük bir şəxsiyyətdir. "Dildə, işdə, fikirdə birlik" şüarı ilə nə qədər uzaqgörən və əhəmiyyətli irəliləyişlər əldə etmək istəyini bildirmişdir.

Qurduğu "Tərcüman" qəzeti ilə Kırım türklərini bir məfkurə ətrafında birləşdirməyə böyük səy göstərmiş, qadın haqqlarının təmin olunmasına çalışmış və qızı Şəfiqə xanımı bu ideallara uyğun olaraq cəmiyyətə örnək olaraq yetişdirmişdir. 

Fərqli ləhcələrdə danışan türk millətini bir dil ətrafında birləşdirməyə çox səy göstərmişdi. 

40d9a12584b8ba05c3ceef1aa5accd82.png

Ümumiləşdirmiş olsaq türkçülük və yeniləşmə hərəkatını özünə prinsip müəyyən etmiş Atatürklə də sıx-sıx təmasda olan bir türk böyüyü olduğu görülməkdədir. 

—Türk millətinin böyük övladı və qadın öncüsü Şəfiqə xanım Qaspıralını görmüsünüzmü? Xatirələrinizdə nələr qaldı?

Nənəm rəhmətlik Şəfiqə xanım Qaspıralı ile yaz tətillərində görüşə bilirdim. O İstanbulda qızının yanında yaşamaqda idi. Biz isə rəhmətlik atamın işi ilə bağlı Ankarada yaşayırdıq və həmin zamanlarda şəhərlərarası səyahət maddi səbəblərdən tez-tez olmurdu. 

324d14b02d038d3a9e77f9d1931ad65d.png

Onunla hər görüşümüzdə Türkiyədəki siyasi sağ-sol qarşıdurmasını vurğulayaraq, bunu edənlərin nə qədər yanlış yolda olduqlarını deyər, diqqətli olmağımızı bildirərdi. 

O zaman bolşeviklərin Rusiyada hakimiyyətə gəlməsinin də analoji hərəkətlərin nəticəsi olduğunu, istədikləri nizam-intizam qurulanda ilk növbədə bu əməlləri törədənlərin aradan götürüldüyünü bildirirdi.

Hər zaman çox qəşəng, diqqətli və təmiz geyinən Şəfiqə xanımın bu baxımdan mənə nümunə olduğunu deyə bilərəm.

8f9ae418e0950b2912b6fb2bcd0c8f3a.png

Yadımdadır, həmişə məhdud büdcəsi ilə aldığı kiçik hədiyyələrin məni çox sevindirdiyini xatırlayıram.

Türkiyəyə gəldikdən sonra təhsilinə, biliyinə baxmayaraq iş tapa bilmədiyi, iki övladını təqaüdlə oxutmağı, həyatın digər çətinlikləri, rəhmətlik Nəsib bəyin acısı, yaşadığı faciə, rəhmətlik atamın çox gənc yaşlarında vəfat etməsi və saysız-hesabsız sağlamlıq problemlərindən heç vaxt gülümsəmədiyini və həmişə kədərli bir ifadəsi olduğunu xatırlayıram.

Rəhmətlik atamın 54 yaşında vəfat etməsi ilə yıxıldığını, həyat bağlarının qopduğunu və sağlamlığının da geridönülməz şəkildə pozulduğunu görmüşdüm. 

06f5aabaf3c6313cbca49f115d3fe950.png

Xatırladığım digər bir məqam da Azərbaycandan özü kimi uşaqları ilə gələn, adlarını xatırlamadığım çoxlu ziyarətçilərin əskik olmadığı idi. 

Nənəm çox işgüzar bir insan idi, davamlı olaraq yazır, oxuyur və bibimin uşaqlarının yetişdirilməsinə yardımçı olurdu. 

89 yaşına qədər davam edən və çox kədərli həyatı 1975-ci ildə bitdi...

Bu vəsilə ilə bir daha ruhu şad, məkanı cənnət olsun !

c0527860f45591069592b6022bebf69e.jpg

—Uşaqlığınızda Azərbaycandan gələn siyasi mühacirlərdən kimləri görmüsünüz? Atanızla birlikdə Azərbaycan Milliyyətçilər Dərnəyini, “Türk izi” jurnalını, “Mücahid”i təsis ediblər. Atanız Niyazi bəy həmin jurnallarda məqalələr yazırdı. Bu haqda nə demək istərdiniz?

Rəhmətlik atamı 10 yaşında itirdiyim üçün başda "Türk izi" dərgisi olmaqla müxtəlif dərgilərdəki yazılarını görərdim, amma içini o zamanlar anlamırdım.

Rəhmətlik atamın evimizə gələn mühacir dostları olardı. Amma mən ya qonaqların yanında olmazdım, yada ki, dərslərimlə məşğul olar və ya istirahət edərdim. 

Xatırladıqlarımdan Mirzə Göygöl(bibimin həyat yoldaşı) yaxınımız idi. Çingiz Göygöl və ailəsi ilə tez-tez görüşdüyümüzü xatırlayıram. 

7855acab47c3d6da8ed58b683e23f702.jpg

Birdə yaddaşımda Ziyad Əbuziyya( tanınmış Seramika ustası - Alev Əbuziyyanın atası) qalmışdır.

Ancaq bunu bildirməliyəm ki, atam rəhmətə gedəndən sonra gəlib-gedən olduğunu xatırlamıram.

Rəhmətlik atam Ankaradakı Azərbaycan Dərnəyinin və Kırım Dərnəyinin qurucularından idi. Ancaq vəzifəsi ilə bağlı(Futbol Federasiyası Xarici Əlaqələr Şöbəsinin müdiri idi) tez-tez xaricdə olduğundan dərnəklərə kənardan maddi dəstək və fikri olaraq dəstək verməklə fəaliyyətini davam etdirmişdi.

—Babanız Nəsib bəy Yusifbəyli Azərbaycan Cümhuriyyətinin qurucularından biri və iki müddət baş nazir olmuş mühüm şəxsiyyətdir. O, millətsevər olmaqla yanaşı, həm də böyük demokratdır. O, bütün həyatını Azərbaycanın gələcəyinə sərf edib. Onun şəhid olması ilə bağlı nə demək istərdiniz? Azərbaycanda onun xidmətləri yaxşı təbliğ olunurmu?

c93bd5b0884f2f1f8373fd1e72f5ee5f.png

Babam Nəsib bəy Yusifbəylinin gənc yaşında ölümü çox faciəlidir. Belə ki, cinayət gizli olaraq qalmış, həmçinin cəsədi tapılmamışdır. Deyilmişdir ki, bolşeviklər həyata keçirib və ya ermənilər edib və yaxud yanında daşıdığı qiymətli əşyaları almaq məqsədi ilə quldurlar edib...

Bunlar hamısı şayiələrdir. Gerçəyi heç kim araşdırmamış, üstü örtülüb getmişdir. 

e5438cb85e523cdb1a37eb5dcb6f7bdb.png

Bu qədər böyük ölkə sevdalısı dövlət adamının kədərli sonunun olması məncə anlaşılan və qəbuledilən deyil. Təəssüf ki, gerçək budur. Rəhmət oxumaqdan başqa nə edə bilərik ki...!!!

Nəsib bəy Yusifbəylinin öz ölkəsinə xidmətləri dursun kənara, adının belə rəsmi dairələrdə, tarix kitablarında yer almadığını görmək, az qala yox sayılmağa çalışıldığına şahid olmaq da mənim üçün ayrı bir üzüntü mənbəyidir. 

d5d5841f5aec19c570c76bd1835db76e.png

Belə ki, Azərbaycana ziyarətim zamanı onun xidmətlərinin tanıtımına şahid olmadım. Ümid edirəm və arzulayıram ki, indi vəziyyət dəyişmiş, anılan olmuşdur. 

—Şəfiqə xanım Qaspıralı türk qadınları haqqında nə düşünürdü və nələr etmək istəyirdi?

Rəhmətlik nənəm Şəfiqə xanım Qaspıralı Kırım parlamentində divan üzvü, iki dönəm də millət vəkili olmuş, zamanının çox üstündə yetişdirilmiş aydın bir türk qadını idi.

b951385653cdf3434e6a1c9408f63833.png

Özü İsmayıl bəy Qaspıralının nəşr etdirdiyi ilk türk qadın dərgisi "Aləmi-Nisvanı" çapa hazırlamışdı. Şəfiqə xanım qadınların seçmək və seçilmək hüquqlarına sahib olduğu Kırım Xalq Cümhuriyyətində keçirilmiş parlament seçkilərində seçilmiş 5 qadın millət vəkilindən biri olmuşdur. 

0b4595288ede3815268e6d9995941ee3.jpg

Şəfiqə xanım Qaspıralı türk qadın hərəkatında önəmli bir rol oynamış, qadınların təhsil, iş, incəsənət, siyasət sahələrində daha aktiv olmaları üçün çalışmışdır. 

Nənəm bu istiqamətdə mənimdə ən yaxşı formada və hər tərəfli formalaşmağımı, piano, balet, xarici dil və ciddi bir məslək sahibi olmağımı vurğulamışdır. 

5a4d57f58525a8b4ac6c241e34c83a57.png

Beləliklə babam Nəsib bəy kimi vəkil olmağımla çox qürurlandığını söyləyərək təqdir etmişdir.

Məni çox duyğulandıran bir məqamda uşaqları ilə qatara minib Türkiyəyə gələrkən çantasına uşaqların geyimləri və qalan bütün ailə şəkillərini qoymuş olmasıdır. Düşünün ki, o qədər varlı bir insan, Türkiyəyə sadəcə bunları gətirmişdir. 

Əminəm ki, yurdunda daha çox qala bilsəydi, çox qadının önə çıxa bilməsinə örnək ola bilərdi.

–Atanız Niyazi bəy Nəzakət xanım Arıklı ilə ailə həyatı qurub. Nəzakət xanımı və onun mənsub olduğu Arıklı ailəsini daha yaxından tanımaq istərdik ?

Rəhmətlik atam Niyazi Kürdəmir, anam rəhmətlik Nəzakət Arıklı ilə 1944-cü ildə İstanbulda evlənmişdir. Rəhmətlik anamın atası Əli Arıklı da Qafqazdan köçmüş bir ailənin övladı idi. Anamgil 6 uşaq idilər. 4 qız, iki oğlan. 

857f07e4775e45bdb9f47faa5604ccef.png

Başda dayım Qəhrəman Arıklı İstanbulda tanınmış bir iş adamı idi, qardaşlar onun himayəsində bir-birinə bağlı idilər. 

Taleyin təzahürü ana tərəfimdə sadəcə anamın, mən və rəhmətlik qardaşım Nəsib olmaqla iki övladı, dayımında Tuncer, Gündüz, Ercan(tanınmış yayıncı) adlı 3 övladı var idi. 

Bu bu adlarını sadaladığım ailə üzvülərinin təəssüf ki, çox gənc yaşda olmaqla həyata vəda etmişlər. Bu vəsilə ilə hamısını rəhmətlə anıram...

—Siz bir dəfə Gəncədə olmusunuz. Babanızın və atanızın doğulduğu evdə. Yenidən Azərbaycanda, Gəncədə olmaq istərdinizmi?

2004-cü ildə Kırım(Baxçasaray) və Yalta, 2005-ci ildə Bakı və Gəncəyə gəldim. 

7bcff437b640d625ba95a83ea3cd1be5.jpg

Babam Nəsib bəyin evindəki o evdə atamda doğulmuş, çox duyğulu saatlar yaşadığımı xatırlayıram. Çox ağladım, hüzünləndim...!!!

Atamla keçən bütün 10 illik uşaqlığım boyunca doğulduğu evlə, böyüdüldüyü İsmayıl bəy Qaspıralının təvazökar evlərindəki xatirələrini dinləməklə keçmişdir. Bu dinlədiyim uşaqlıq xatirələri sanki canlandı...

c4c45e430adfc4d3fbf09045811fba82.png

Gəncədə eyni duyğu ağırlığı ilə keçmişdir. Axan çayların səsi, havadakı ətirli ağac iyisi mənə hüzn və xoşbəxtliyi birgə yaşatdığını xatırlayıram. 

Təkrar bu şəhərləri ziyarət etməyi çox istəyirəm.

—Öz ideyaları və xidmətləri ilə türk millətini şöhrətləndirən İsmayıl bəy Qaspıralının varisi kimi “İZ” oxucularına nə məsləhət görərdiniz?

"İZ" jurnalı inanıram ki, bir çox azərbaycanlı kimi mənidə dərindən təsirləndirən, zamanında atamında fikirlərinin yer aldığı önəmli bir nəşrdi.

Son olaraq "İZ" oxuyucuları birlik-bərabərlik duyğularını heç itirmədən yollarına davam etməlidirlər. Sözlərimi bitirərkən böyük türk düşünürü İsmayıl bəy Qaspıralının ölümsüzləşmiş şüarını bir daha təkrar etmək istəyirəm - "Dildə, işdə, fikirdə birlik".

Bu vəsilə ilə sənə, jurnal heyətinə sevgi və salamlarımı sunar, işlərinizdə uğurlar arzulayıram.

Müsahibə üçün təşəkkür edirəm Şahika xanım!

Müsahibəni aldı: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi

Share on Facebook