Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl CNN International-dan sonra BBC-yə müsahibə verib.
Sozcu.az xəbər verir ki, o, Əkrəm İmamoğlunun diplomu ləğv edildikdən bir gün sonra “korrupsiya” və “şəhər konsensusu” ittihamları ilə saxlanılmasını, Böyük Britaniyanın hakim İşçi Partiyasının da bu əməliyyat zamanı səssiz qalmasını tənqid edib.
BBC Türkcənin sosial media hesabında paylaşdığı videoya görə, Baş nazir və İşçi Partiyasının lideri Keir Starmeri tənqid edən Özgür Özəl "Bu necə dostluqdur?" – deyə soruşub.
Bir çox Avropa ölkəsindən reaksiya olduğunu, lakin İşçi Partiyasının səssiz qaldığını bildirən Özgür Özəl: "Bunun hansı əsaslandırması və ya səbəbi var? Bütün Avropa reaksiya verir, amma İşçi Partiyası və Starmerin niyə bu barədə heç nə demədiyini anlaya bilmirəm" deyib.
Bu susqunluqdan incidiklərini ifadə edən Özgür Özəl bunları bildirib:
"İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrini aparıb həbsə atırlar, bir yerdə səsimizi kəsmirik. Bu necə dostluq, qardaşlıqdır? Qardaş partiyamız Leyboristlər Partiyası, demokratiyanın beşiyi olan İngiltərə buna necə reaksiya verməsin? Biz həqiqətən incidik".