Müsavat başqanı İsveç Krallığına səfərə gedib

Müsavat Partiyasının başqanı Arif Hacılı və başqanın beynəlxalq məsələlər üzrə müavini Səxavət Soltanlı ALDE - liderlərinin konfransına qatılmaq üçün İsveç Karallığının paytaxtı Stockholma gediblər. 

Sozcu.az saytının əldə etdiyi məlumata görə, konfransda Azərbaycana aid siyasi, iqtisadi problemlər, Qarabağın işğalının region üçün təhlükəli nəticələri, siyasi məhbuslar, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin prespektivləri və digər məsələrlə bağlı müzakirələrin də  keçiriləcəyi gözlənilir. 

Xatırladaq ki, Avropa Liberallar və Demokratlar İttifaqı (ALDE) Avropa Parlamentinin ən böyük fraksiyalarından biridir. Qrup Avropa Parlamentində 100 deputatla təmsil olunur. Qrupa 43 ölkədən olan siyasi partiyalar daxildir. Müsavat Partiyası 2007-ci ildən ALDE-nin üzvüdür.

Share on Facebook