ABŞ Kanada, Çin və Meksikanın 1,5 trilyon dollarlıq mallarına rüsumları tətbiq edir

ABŞ administrasiyası Kanada və Meksikadan faktiki olaraq bütün idxal mallarına 25 % rüsum tətbiq edir və Çindən gələn mallara tarifləri artırır.

Sozcu.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, illik ifadədə ümumi dəyəri təqribən 1,5 trilyon dollar olan idxal məhsullarına rüsum tətbiq olunacaq.

Qeyd olunur ki, 25 % dərəcəsi Kanadanın enerji məhsullarına təsir etməyəcək və 10 % rüsum tətbiq ediləcək. Amerika hakimiyyəti bütün bu tədbirləri Vaşinqtonun fikrincə, ABŞ-yə narkotiklərin və qanunsuz mühacirlərin qəbuledilməz axını ilə əlaqədar həyata keçirir.

2023-cü ildə ABŞ-nin Federal Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkədə fentanilin həddindən artıq dozası nəticəsində ölüm nisbətinin 2016-cı ildən 2021-ci ilə qədər təxminən dörd dəfə artdığını bildirib. Mərkəz ABŞ-də hər il təxminən 100 000 amerikalının ölümünə səbəb olan kütləvi opioid epidemiyası ilə üzləşdiyini qeyd edib.

Share on Facebook