Bu rayonlara leysan yağıb - Faktiki hava

Mayın 24-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağıntılar müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, düşən yağıntının miqdarı Əlibəy (Zaqatala), Daşkəsən, Şəmkir, Tovuz, Göygöl, Balakən, Şəki, Mingəçevir, Zərdab, Qax, Bərdə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Şahdağ və Biləsuvarda 4 millimetrdir.

Culfada şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-dək güclənir.

Daşkəsən, Şəmkir, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 metrədək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 30, Aran rayonlarında 29, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.

Share on Facebook