ABŞ-ın Suriyanın şimal-şərqindəki hərbi bazası raket atəşinə tutulub.
Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının mətbuat xidməti bildirib.
"Suriyanın Konoko dəstək məntəqəsində koalisiya qüvvələrinə uğursuz raket buraxılışı həyata keçirilib. Atəşin açıldığı yerdə daha bir raket tapılıb. Nəticədə xəsarət alan olmayıb, koalisiya qüvvələrinin bazasına və əmlakına heç bir ziyan dəyməyib", - deyə qeyd olunub.